Nobel Energy

Davamlı inkişaf

Davamlı inkişaf məqsədləri Təhlükəsizlik Ətraf mühit İnsan resurslarına yanaşmamız İcma Etika və uyğunluq

İnsan hüquqları

Biz hüquqların bərabərliyinə və milliyyəti, cinsi, mənşəyi, yaşı, dini və digər əlamətlərinə görə ayrı-seçkiliyin olmamasına, habelə işçilərin öz seçimlərinə görə istənilən ictimai təşkilatlarla ünsiyyət qurması hüququna təminat veririk.

Şirkət Əmək Məcəlləsinə və ümumiyyətlə, hər hansı ayrı-seçkiliyi, əmək hüquqları və azadlıqlarında məhdudiyyətləri istisna edən qanunvericiliyə tam uyğun işləyir. Məsuliyyətli işəgötürən kimi biz qanunvericiliyin bütün tələblərinə riayət edir və ən yaxşı dünya təcrübələrini tətbiq edirik. 

Nobel Energy şirkətinin insan hüquqlarına riayət olunması sahəsində prinsipləri əsas korporativ sənədlər olan biznes etikası və davranış qaydaları, anti-korrupsiya siyasəti, əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühitin qorunması sahəsində siyasətdə öz əksini tapıb. 

Biz zəmanət veririk ki, əməkdaşlarımız öz hüquqlarını bilir və mütəmadi olaraq görüşlər və ünsiyyət vasitələri ilə onların bilik səviyyəsini artırırıq. Biz maraqlı tərəflərlə münasibətləri elə qururuq ki, insan hüquqlarının hər hansı bir mümkün pozuntusunun qarşısını alaq. 

Ayrı-seçkilik

Biz əməkdaşlarımıza şəxsi hüquqlarından tam və düzgün şəkildə istifadə etmələrinə imkan yaradır və onları ayrı-seçkiliyə yol verməyən, təhlükəsiz və sağlam bir iş mühiti ilə təmin edirik. Şirkət işçilərin fərdi inkişafını təmin etmək üçün lazımi tədbirlər görərək, onların sosial maariflənmə ilə müvafiq sosial və cəmiyyət layihələrində könüllü iştirakını dəstəkləyir. Biz bütün işçilərimizə ədalətli, dürüst davranır və hörmətlə yanaşırıq. İşə qəbul, seçmə, inkişaf etdirmə və vəzifədə yüksəlişlə bağlı qərarları ədalətli şəkildə veririk və cinsiyyət, şəxsi əlaqələr, irq, etnik mənşə, əlillik, din, cinsi oriyentasiya və yaş kimi amillərlə görə ayrı-seçkilik etmirik.   

Biz əməkdaşlarımıza, müştərilərimizə, podratçılarımıza, təchizatçılarımıza, qonaqlarımıza, dövlət rəsmilərinə və ya əlaqədə olduğumuz hər hansı maraqlı tərəfə qarşı olan istismar və ya zorakılığa göz yummuruq. Hesab edirik ki, hədə-qorxu, zorakılıq, irqçi ifadələr, ayrı-seçkilik, kobud danışıq, sözlü aqressiya, fiziki aqressiya, təhdidkar davranış, təhqir və ya cinsi zorakılıq göz yumulmayacaq və intizam tənbehinə və ya işdən azad edilməyə səbəb olacaq ciddi nalayiq hərəkətlərdir.

İşçilərimiz və kənar maraqlı tərəflər insan hüquqlarının pozulması və ya ayrı -seçkiliklə əlaqədar hər hansı bir problem və ya şübhə ilə bağlı (hiperlinkli) qaynar xəttimizlə əlaqə saxlaya bilərlər.