Nobel Energy

Davamlı inkişaf

Davamlı inkişaf məqsədləri Təhlükəsizlik Ətraf mühit İnsan resurslarına yanaşmamız İcma Etika və uyğunluq

Biznes etikası və davranış qaydaları

Biz korporativ sənədlərimizi Böyük Britaniyanın və yerli qanunvericiliyin tələblərinə uyğun və biznes etikası və davranış qaydaları üzrə ən yaxşı dünya təcrübələrinə əsasən hazırlamışıq. Bu sənədlər həm daxili həm də xarici tərəfdaşlarımızla qarşılıqlı əlaqələrə aid davranış qaydaları və öhdəliklərin tənzimləməsində şirkətin rəsmi mövqeyini əks etdirir. 

Biznes etikası və davranış qaydaları maraqların toqquşması vəziyyətində bütün işçilərin necə hərəkət etməsini müəyyən edir, korrupsiya davranışına dözümsüzlüyü, bütün işçilər üçün imkanların bərabərliyini əks etdirir, ayrı-seçkiliyə qadağa prinsiplərini təsbit edir, korporativ etika normalarının həyata keçirilməsi və onlara əməl olunmasına nəzarət mexanizmini müəyyən edir. Biznes etikası və davranış qaydaları şirkətimizin və ya onun hər-hansı bir törəmə şirkətinin səhmlərinin nəzarət paketinə sahib və ya operatoru olduğu birgə müəssisələrin bütün fəaliyyət sahələrinə tətbiq olunur. Şirkətin və ya onun hər-hansı törəmə şirkətinin səhmlərinin nəzarət paketinə sahib olmadığı birgə müəssisələrlə münasibətdə biz biznes etikası və davranış qaydalarımızda qeyd olunan prinsip və tələblərin həmin birgə müəssisənin siyasət və təcrübəsində öz əksini tapmasına da çalışırıq.