Nobel Energy

Karyera

Müxtəliflik və inklüzivlik Təlim və inkişaf Karyera imkanları Nobel Energy-də həyat

“Baş İcraçı Direktorla səhər yeməyi”nə start verildi

23.05.2022

Nobel Energy şirkətlər qrupunun əsasən sahədə işləyən bir sıra əməkdaşı şirkətin Baş İcraçı Direktoru Vüqar Səmədli ilə səhər yeməyində görüşüb.  

Görüşün əsas məqsədi qeyri-rəsmi şəraitdə ön cəbhə (istehsalat, sahə) işçilərinin ehtiyac və fikirlərini dinləmək, hər birinin şirkətdəki təcrübəsi barədə danışmaq, həm də, Qrup işçilərini bir-birlərinə daha yaxından tanıtmaq, şirkətin inkişaf istiqamətləri və rəhbərliyin dəyərli təcrübəsindən öyrənmək üçün fürsət yaratmaq idi.

 

 

Yeməkdə iştirak edən əməkdaşlar üçün Baş İcraçı Direktorun təcrübəsindəki uğursuzluqlar da daxil olmaqla onun şəxsi karyera yolu haqqında eşitmək çox maraqlı oldu. Cənab Səmədli əməkdaşları yeni təcrübələr qazanmaqda daha ürəkli olmağa çağırdı və bəzi praktiki tövsiyyələr də verdi.

Gərgin iş qrafiklərinə baxmayaraq, bir çox işçilər üçün bu görüş Qrupun gələcək plan və hədəfləri, xüsusilə də inkişaf məqsədləri haqda önəmli məlumatları birbaşa şirkətin Baş İcraçı Direktorundan eşitmək baxımından çox faydalı oldu. Əməliyyatlar ilə bağlı müzakirədə hər kəs yekdilliklə razılaşdı ki, ən önəmli faktorlar – şirkət rəhbərinin də vurğuladığı kimi “bütün layihələrin mərkəzində duran” – təhlükəsizlik və mükəmməllik amilləridir.

Qonaqlar həmçinin şirkətin yeni strategiyasına uyğun gedən transformasiya planının bir parçası olaraq alternativ enerji biznesinin şirkət profilinə əlavə olunacağını öyrəndilər.

 

 

Səmimi ab-havada keçən görüşdə hər kəs Baş İcraçı Direktorla onları narahat edən məsələləri rahatlıqla bölüşdü. Bu məsələlərdən bir çoxu elə yerindəcə öz həllini tapdı, proseslərin daha da təkmilləşdirilməsi ilə bağlı yeni fikirlər və təkliflər qəbul edildi və qərar verildi ki, mütləq nəticə əldə olunana qədər məsələlər qaldırılmağa davam edilsin.

Ümumiyyətlə, tədbiri çox uğurlu saymaq olar, belə ki, rəhbərliklə görüşmək, ona açıq şəkildə suallar vermək, məsələləri qaldırmaq, fikirləri bölüşmək, eləcə də, digər törəmə şirkətlərin əməkdaşları ilə ünsiyyət qurmaq və nəhayət bütün şirkətin fəaliyyəti ilə bağlı daha geniş təsəvvürə malik olmaq üçün əla platforma olduğunu sübut etdi.

Görüş iştirakçılarının rəyinə əsasən, “Baş İcraçı Direktorla səhər yeməyi” kommunikasiya və öyrənmək üçün effektiv vasitə kimi özünü doğrultdu və layihəni davam etmək çox faydalı olacaq.