Nobel Energy

Davamlı inkişaf

Davamlı inkişaf məqsədləri Təhlükəsizlik Ətraf mühit İnsan resurslarına yanaşmamız İcma Etika və uyğunluq

Sağlamlıq, əməyin texniki təhlükəsizliyi və ətraf mühitə yanaşmamız

Əməkdaşlarımız üçün təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsi və fəaliyyətimizin ətraf mühitə təsirin minimuma endirilməsi bizim üçün əsas prioritetlərimizdən biri olaraq qalır. Biz qəzasız əməliyyatlara, işçilərə təhlükəsiz iş mühitinin təmin edilməsinə və maraqlı tərəflərin sağlamlığının qorunmasına görə məsuliyyətimizi anlayır və qeyd-şərtsiz qəbul edirik. 

 

Biz əməliyyatlarımızda “sıfır zərər” prinsipini rəhbər tuturuq. Bu prinsip Nobel Energy şirkətinin əməyin texniki təhlükəsizliyinə sıfır təhlükə, ətraf mühitlə bağlı sıfır hadisəyə və sıfır qeyri-məhsuldar vaxta nail olmaq yanaşmasını əks etdirir. 

Bu prinsip həmçinin əməkdaşlarımıza, müştərilərə və cəmiyyətə olan münasibətimizi və prioritetlərimizi ifadə edən “biznesin aparılmasında ən yüksək standartların müəyyən edilməsi” fəlsəfəmizi tam şəkildə ifadə edir. Bizim etibarlı idarəetmə sistemimiz, səriştəmiz və işçilərimizə sədaqətimiz uğurumuzun əsas elementləri və sıfır zərər göstəricilərinə nail olmağın əsası olaraq qalır.