Nobel Energy

Fəaliyyətimiz

Bizim strategiyamız Biznesimiz Proyektlər
Nobel Energy

Turan Drilling and Engineering

Turan Drilling & Engineering (Turan Qazma və Mühəndislik) şirkəti KCA Deutag və SOCAR AQŞ tərəfindən təsis edilmiş birgə müəssisədir. Bu şirkət dünyanın ən qabaqcıl qazma və mühəndislik podratçılarından biri kimi KCA Deutag-ın təcrübəsini SOCAR AQŞ-nin Xəzər regionunda rəqibsiz bilik, təcrübə və infrastruktur imkanları ilə birləşdirir.

 

Şirkətin portfeli

• Qazma qurğusuna Texniki xidmət

• Qazma qurğusunun İstismarı

• Qazma qurğusuna Texniki xidmət və Satınalma

• Layların İşlənməsi Xidmətləri üzrə mühəndislik və inşaat işləri

• Anbar əməliyyatlarının İdarəetməsi

 

Biz biznesə necə dəyər qatırıq:

• Qazma infrastrukturu üçün tam və mükəmməl həll üsullarının təmin olunması - biz tam şəkildə kompleks həll üsulları təklif etmək üçün əməliyyatlar üzrə ekspertlərin təcrübəsini qazma qurğularının layihələndirilməsi mütəxəssislərinin səriştəsi ilə birləşdiririk.

• Quyuların müvəffəqiyyətlə qazılıb təhvil verilməsi üçün müştərilərlə əməkdaşlıq.

• Qazmanın dayanma müddətinin və Qeyri-Məhsuldar Vaxtın azaldılması üçün işlərin müvəffəqiyyətli icrasını planlaşdırmaq - biz düzgün planlaşdırılmış və problemsiz davam edən əməliyyatlar təmin edirik, beləliklə, biz elə ilk dəfədən və hər dəfə işimizi düzgün yerinə yetiririk.

• Güclü Təhlükəsizlik Mədəniyyəti - biz bütün qəzaların sıfıra qədər azaldılmasına hədəflənmiş texniki təhlükəsizlik proqramlarımıza arxalanaraq, müntəzəm şəkildə öz sinfində ən yaxşı göstəricilər təmin edirik.

 

Ətraflı