Müxtəlif enerji sahələrində avadanlıqların istismarı və texniki xidməti üzrə xidmətlər göstərir.
2012-ci ildə əsası qoyulmuş Glensol şirkəti Azərbaycanda və Xəzər regionunda neft yataqlarında avadanlıqların istismarı və texniki xidməti üzrə fəaliyyət göstərməsi üçün yaradılmışdır.
Şirkət fəaliyyət göstərdiyi sahələr üzrə sahib olduğu təcrübə və səriştəsi ilə yüksək səviyyəli iş icrası nümayiş etdirir. Glensol şirkəti yarandığı vaxtdan fərdi yanaşma, şəxsi və peşəkar inkişaf, maraqlı tərəflər üçün müstəsna dəyərin təmin edilməsi prinsiplərinə sadiq qalaraq, birinci dərəcəli xidmət təchizatçısı adını qazana bilib. Şirkətin əməliyyat xidmətləri dərin sahə təcrübəsi və peşəkarlığa əsaslanması iş görmə qabiliyyətini və avadanlıqların təmirə yararlılığını artırmağa və istismar xərclərini minimuma endirməyə imkan verir. Qabaqcıl həll yolları tətbiq etməklə Glensol boşdayanma vaxtını azaldır və texnoloji proseslərin davamlılığını təmin edir.