Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Prokon Türkiyədə texniki baxım və təmir işləri üzrə yeni müqavilə imzalayıb

01.09.2022

  • Tüpraş şirkətinin ən mühüm layihələrindən biri olan yüksək hərarətli sobaların texniki baxımı və təmiri işləri Prokona etibar edilib.
  • Yeni müqavilə Prokonu etibarlı həll yolları təmin edən tərədaş kimi təsdiq edir.

 

Prokon şirkətinin Türkiyədəki törəmə şirkəti olan Prokon Makina, İnsaat, İmalat, Montaj, Sanayi ve Ticaret Ltd. Şirkəti (Prokon Türkiyə) məmnunluq hissi ilə bildirir ki, Türkiye Petrol Rafinerileri A.S. (Tüpraş) şirkəti ilə yüksək hərarətli sobaların texniki baxımı və təmiri işlərinə dair müqavilə imzalamışdır. 

Müqaviləyə Tüpraş İzmit neft emalı zavodunda 5-ci (xam neft bloku) və 21-ci  (Nafta Hidrotəmizləyicisi/ Kükürdsüzləşdirmə) bloklarda sobaların texniki baxımı və təmiri işləri daxildir.

İşlərin texniki baxım və təmir üçün dayandırıldığı müddət ərzində iki xam neft sobası və onların ön qızıdırıcıları, bir vakkum sobası və onun hava qızıdırıcısı, bir turş qaz yandırma qurğusu və onun tüstü bacasına xidmət göstəriləcəkdir. İşlərin 2022-ci il oktyabrın əvvəlində başlaması və 30 gün ərzində davam etdirilməsi planlaşdırılır.  

Nobel Energy şirkətinin baş icraçı direktoru Vüqar Səmədli deyib: “Prokon şirkəti Türkiyənin daunstrim (xam neftin son məhsullara çevrilməsi əməliyyatları) nəhəngi olan Tüpraş şirkəti ilə bundan öncəki starteji müqavilədə göstərilən bütün əsas öhdəlikləri  uğurla yerinə yetirib. Şirkətin illik texniki baxım və təmir üçün işlərin dayandırılması proqramı çərçivəsində mühüm əhəmiyyət kəsb edən işlərin Prokona həvalə edilməsi şirkətimizin etibarlı həll təminatçısı olmasının təsdiqidir. 

Əminəm ki, Prokon həm mövcud, həm də gələcək müqavilələr üçün yüksək keyfiyyətli nəticələr təqdim etməyi öhdəsinə götürərək, Tüpraşın etibarlı həll yolları təmin edən tərəfdaşı olaraq qalacaq.”

Hazırki müqavilə çərçivəsində Prokon yüksək hərarətli sobaların müxtəlif hissələrinin bloklanması, sökülməsi, təmizlənməsi, əvəzlənməsi, yenidən yığılması, dəyişdirilməsi işlərini görəcəkdir. İşlərin pik dövründə sahəyə 90 boru quraşdıran/mantyor və boru üzrə montyor, 16 lehimli qaynaqçılar olmaqla ümumilikdə 110-a yaxın işçi cəlb olunacaqdır.