Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Nobel Energy və Maurilog Afrikada biznes imkanlarını birgə araşdıracaq

11.10.2021

“Nobel Energy” və “Maurilog” şirkətləri Mavritaniya və Seneqal bazarlarında potential işgüzar imkanları araşdırmaq məqsədilə anlaşma memorandumu imzalayıb.

Əldə olunmuş razılaşma, xüsusi diqqəti Mavritaniya və Seneqal bazarlarında neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət sahəsində yeni imkanların qiymətləndirilməsinə yönəltməklə iki tərəf arasında məhsuldar əməkdaşlığın təməlini qoyur. Anlaşma memorandumunda elektrik mühərrikləri və klapanların (siyirtmələrin) təmiri, nasos və HVAC qurğularına texniki xidmət, təchizatçının idarə etdiyi mal-material ehtiyatları, texniki xidmət, təmir və istismar işləri, səyanedə istifadə olunan klapanların (siyirtmələrin) təchizatı, elektrik avadanlıqları və NÖÇ, istehsal, lazer ölçü və qurğuları, qaz turbinlər, texniki xidmət, mühəndislik və layihələrin idarə edilməsi kimi geniş çeşid xidmətlərin göstərilməsi nəzərdə tutulur.

“Nobel Energy” şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli bunları bildirdi: “Biz 15 ildən artıqdır ki, neft-qaz sənayesində fəaliyyət göstəririk və bu müddət ərzində neft yataqlarında aparılan əməliyyatlara öz dəstəyimizi göstərmiş və BP kimi nəhəng enerji şirkətlərinin dənizdə və quruda yerləşən strateji aktivləri üçün avadanlıqlara texniki xidmət işlərini həyata keçirmişik. Mavritaniya və Seneqal bazarlarındakı potential fəaliyyət imkanlarını başa düşmək və birlikdə araşdırmaq üçün “Maurilog” şirkəti ilə işləməyi səbirsizliklə gözləyirik və bu kontekstdə hər iki şirkətin səylərini optimallaşdırmaq məqsədi ilə anlaşma memorandumunu imzalamaqdan məmnunuq.”

“Maurilog” şirkətinin İcraçı Direktoru Mohamedou Abeih bunları qeyd etdi: “Beynəlxalq neft şirkətlərinin on il ərzində loqistika üzrə tərədaşı qismində çıxış edərək “Maurilog” şirkəti neft-qaz sektorunda öz təcrübəsini inkişaf etdirmişdir və hal-hazırda bu gözəl imkanın reallaşdırılmasında “Nobel Energy” şirkətinə qoşulmaq bizi çox sevindirir. Bizim yerli bilik və təcrübəmiz “Nobel Energy” şirkətinin bacarıq və peşəkarlığını Mavritaniya və Seneqaldakı neft-qaz operatorları ilə bölüşməsinə potensial imkan yaradacaq. Azərbaycandan olan dostlarımızı Mavritaniyada salamlayırıq.”