Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil” şirkətlər qrupunda təcrübə proqramını uğurla başa vurduqlarına görə ADA Universitetinin tələbələrinə sertifikatlar təqdim edildi

17.09.2020

“Nobel Oil Services” şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli, ADA Universitetinin 2020-ci ilin may ayında təşkil etdiyi Baş İcraçı Direktorlarla virtual söhbətlər çərçivəsində ADA Universitetinin “Nobel Oil” Şirkətlər Qrupunda təcrübə proqramını uğurla başa vuran tələbələrə sertifikatları təqdim etmişdir.

Baş İcraçı Direktor ilə vurtial söhbəti ADA Universiteti öz tələbələri və məzunları üçün təşkil etdi. Virtual layihənin əsas ideyası, yüksək vəzifə tutan və rəhbərlikdə təmsil olnan şəxslərin fərdi xüsusiyyətləri və aldığı təhsil, praktiki təcrübə, uğur həkayələri və karyeranın qurulması üçün faydalı prinsip və tövsyələr haqqında tələbələrdə fikir formalaşdırmaq və daha dərin biliklər əldə etməkdən ibarətdir. Baş İcraçı Direktor ilə söhbətlərin nəticəsi olaraq tələbələrə “Nobel Oil Services” şirkətində təcrübə keçmək imkanı verildi.

11 sentyabr 2020-ci il tarixində Vüqar Səmədli, təcrübə müddətini uğurla başa vurduqları münasibəti ilə tələbələrlə görüş keçirdi. Görüş zamanı Vüqar Səmədli tələbələri təbrik etmiş və onlara uğurlu karyera arzulamışdır. Öz çıxışında o, tələbələri çətin tapşırıqlardan qorxmamağa və fərdi keyfiyyətlər və iş etikası üzərində daima çalışmağa çağırdı. Səmimi şəraitdə keçən söhbətlər zamanı, tələbələr bu cür dəyərli imkanın yaradılmasına görə Vüqar Səmədliyə təşəkkür etdi və “Nobel Oil” şirkətlər qrupunda öz təcrübəçi olaraq çalışdığı müddət ərzində öz təcrübələrini bölüşdü. Iclasdan sonra kiçik təltifetmə mərasimi keçirildi və tələbələrə təcrübə proqramını başa vurduğunu bildirən sertifikatlar təqdim olundu.

“Nobel Oil Services”, neft, qaz və enerji sənayesində fəaliyyət göstərən şaxələndirilmiş şirkətlər qrupudur. “Nobel Oil Services” tərkibində fəaliyyət göstərən şirkətlər, qazma, tikinti və layihələrin idarə edilməsi, habelə avadanlıqlara texniki xidmətin göstərilməsi, satınalma, təchizat və neft laylarının neftverimliliyinin artırılması üzrə xidmətlər göstərir və bu sahələrdə öz fəaliyyətini uğurla genişləndirir.