Nobel Energy

Davamlı inkişaf

Davamlı inkişaf məqsədləri Təhlükəsizlik Ətraf mühit İnsan resurslarına yanaşmamız İcma Etika və uyğunluq

Etika və tələblərə uyğunluq qaynar xətti

Məsuliyyətli şirkət kimi biz əməkdaşlarımızdan bir sıra hallar barədə məlumat verilməsini tələb edirik. Belə hallara faktiki və ya ehtimal olunan pozuntular, hər hansı mümkün qanunsuz hərəkətlər, korrupsiya və dələduzluq hərəkətlərinin faktiki yaxud ehtimal olunan halları və ya məxfi, imtiyazlı və ya şəxsi məlumatların qeyri-qanuni əldə olunması, açıqlanması və ya sui-istifadəsi və digər pozuntu halları daxildir. 

Etik normalar və tələblərə riayət məsələləri üzrə məsul əməkdaşımız biznes etikası və davranış kodeksinin pozulması haqqında bildirişlərin araşdırılmasına görə məsuliyyət daşıyır, müvafiq hesabatlar hazırlayır və hesabatları baş icraçı direktora təqdim edir. Biz zəmanət veririk ki, biznes etikası və davranış qaydaları ilə bağlı məsləhət üçün müraciət edən, narahatlığını ifadə edən, faktiki və ya şübhəli pozuntu barədə məlumat verən heç bir kəsə qarşı hər hansı bir təqibə yol verilməyəcək.