Nobel Energy

Davamlı inkişaf

Davamlı inkişaf məqsədləri Təhlükəsizlik Ətraf mühit İnsan resurslarına yanaşmamız İcma Etika və uyğunluq

Korrupsiyaya qarşı mübarizə

Hesab edirik ki, korrupsiya qanunun aliliyi üçün təhlükə yaradır, idarəetmənin səmərəliliyini azaldır, investisiya qərarları üçün əlverişsiz mühit yaradır və büdcə vəsaitlərindən və maliyyə resurslarından səmərəsiz istifadə ilə nəticələnir. Bunu nəzərə alaraq, beynəlxalq hüququn tələblərinə uyğun olaraq korrupsiya və rüşvətxorluqla mübarizə üçün daxili tənzimləyici çərçivə, habelə yerli və beynəlxalq təşkilatların korrupsiya əleyhinə tövsiyələrini hazırlamışıq.

Nobel Energy şirkəti korrupsiyanın qarşısının alınmasına və onunla mübarizə aparılmasına dair məsələləri daim diqqət mərkəzində saxlayır. Biz korrupsiyaya qarşı effektiv mübarizə sisteminin yaradılması məqsədilə aşağıdakı hüquqi aktları və daxili sənədləri əsas tutaraq korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə üzrə rəhbər prinsiplər hazırlamışıq: 

  • - Böyük Britaniyanın 2010-cu il rüşvətxorluğa qarşı mübarizə haqqında qanunu
  • - ABŞ-ın 1977-ci il xaricdə korrupsiya haqqında qanunu
  • - 1997-ci il beynəlxalq kommersiya əqdlərinin həyata keçirilməsində xarici dövlətlərin vəzifəli şəxslərinin ələ alınmasına qarşı mübarizə haqqında konvensiya
  • - Birləşmiş Millətlər Təşkilatının 2003-cü il korrupsiyaya qarşı konvensiyası
  • - ISO ABMS 37001:2016 beynəlxalq standartı
  • - ISO 19011 audit idarəetmə sistemləri üzrə təlimat

Korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində əsas tədbirlər bizim antikorrupsiya siyasətimizdə təsvir edilib. Bu siyasət şirkətimizin, direktorlar şurasının və əməkdaşların işin ən yüksək etik standartlara uyğun aparılmasına, korporativ idarəetmənin ən yaxşı təcrübələrinin və standartlarının qəbul edilməsinə və işgüzar nüfuzumuzun ən yüksək səviyyədə saxlanılmasına sadiqliyini əks etdirir.

Bizim antikorrupsiya siyasətimizdə qeyd olunan korrupsiya halının qəbul edilməməsi prinsipi şikətimizin rəhbər işçiləri başda olmaqla hər bir əməkdaşının həm Azərbaycanda həm də fəaliyyətdə olduğumuz dünyanın digər ölkələrində korrupsiya fəaliyyətində iştirakının qəti qadağan olunduğunun göstəricisidir. Bu siyasət əməkdaşlarımıza və ya şirkətimizə və ya onun törəmə şirkətləri adından işə cəlb olunan şəxslərə və ya şirkətlərə hər hansı formada rüşvət təklif etməyi, verməyi, tələb etməyi və ya almağı qadağan edir. Biz bütün əməkdaşlarımızı bu siyasətə riayət etməyə təşfiq edir və əsas prinsiplər, tələblər və riayət edilmədiyi halda görüləcək cəza tədbirləri haqda məlumat veririk. 

Biz korrupsiyaya qarşı mübarizə sisteminin təkmilləşdirilməsi üzrə aparılan işlər çərçivəsində, ISO 37001:2016 beynəlxalq “Rüşvətxorluğa qarşı mübarizə sistemi” standartına uyğun faktiki və ya ehtimal edilən rüşvətxorluq və korrupsiya hallarının qarşısının alınması, aşkarlanması, bildirilməsi və araşdırılması üçün prosedurlar tətbiq etmişik.